Heydər Əliyev əslində təcrübəli siyasətçi olaraq İranın nöqsanlarını da, əsl niyyətini də çox yaxşı bilirdi. Buna görə də bu ölkənin Azərbaycanın milli maraqlarına qarşı atdığı addımlara anında reaksiya verirdi.
“Məsələn, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi mövzusundakı görüşdə Xəzər dənizinə "Mazandaran gölü" deyilməsi dahi siyasətçinin diqqətindən yayına bilməzdi.”
Heydər Əliyev bu iradını İran prezidenti Məhəmməd Xatəmiyə çəkinmədən birbaşa mətbuat qarşısında bildirmişdi. İndi Qarabağ məsələsinə biganə qalan İran əsl üzünü 1991-ci ildə, ermənilər Sədərəyə hücum edərkən bəlli etmişdi.
Heydər Əliyev İranın qonşuluğa yaraşmayan siyasətini Naxçıvan Televiziyasının canlı yayımında ifadə etmişdi.
Heydər Əliyev bu gün İran rəsmilərinin qırmızı xətt aldandırdığı İran-Ermənistan sərhədi haqqında da illər öncə fikrini söyləmişdi. O çıxışlarının birində İranın Ermənistanla sərhədi olmadığını, həmin ərazidə yerləşən Mehri rayonunun tarixi Azərbaycan torpağı olduğunu bildirmişdi.
1993-1995-ci illərdə dövlət müşaviri olmuş Qabil Hüseynli deyir ki, Heydər Əliyev İran prezidentləri ilə görüşlərdə onlardan Qarabağda baş verənlərə reaksiya verməsini tələb edirdi.
Qabil Hüseynli bildirib ki, İranın Ermənistana silah satması faktını ilk dəfə Heydər Əliyev illər öncə üzə çıxarmışdı.
“Belə ki, Ulu Öndər 1994-cü ildə cəbhə bölgəsinə döyüş mövqelərində olarkən top mərmisi prezident və heyətindən 15-20 metr kənara düşür. Amma xoşbəxtlikdən mərmi partlamır.”
Ulu Öndər həmin mərminin səliqə ilə bükülməsini və gedərkən ona təhvil verilməsini tələb edib. Cəbhə bölgəsindən qayıtdıqdan bir müddət sonra Heydər Əliyev Tehrana rəsmi səfərə yollanan zaman mərminin də özləri ilə bərabər İrana aparılmasına göstəriş verib.
“İran prezidenti ilə görüş başlayır və Heydər Əliyev uyğun bir vaxtda Rəfsəncaniyə Ermənistana silah satdıqlarından xəbərdar olduğunu bildirir.”
Ulu Öndər Rəfsəncaninin bu sözünə cavab olaraq deyir ki, silahınız lazım deyil, amma mən sizə sübut etdim ki, siz xaçpərəstlərə, kafir dediyiniz adamlara silah sataraq müsəlman qardaşlarınızın ölümünə fərman verirsiz. İran prezidenti ilə görüşlərin birində başqa bir hadisə də yaşanır. Rəfsəncani Heydər Əliyevə Xudafərin su bəndinin inşasından söhbət açır. Ulu Öndər isə qəti şəkildə buna etirazını bildirir.
Heydər Əliyevin bu iradından sonra İran prezidenti təşvişə düşərək "İstəmirsizsə, siz necə istəyirsiz elə də olacaq" sözlərini deyir. Bu hadisə göstərir ki, üzərində bayrağımız sancılan o taylı bu taylı Azərbaycanın simvolu olan hazırki Xudafərin körpüsü məhz Heydər Əliyevin qətiyyəti sayəsində bu günə qədər gəlib çıxa bilib.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, İran hakimiyyəti bir dəfə də olsun Heydər Əliyevin Təbrizə səfər etməsinə şərait yaratmayıb. Hətta bir dəfə Təbriz səfəri nəzərdə tutulsa da son anda səfərin proqramı dəyişdirilərək İsfahana salınıb.
“Heydər Əliyev İranın ali dini rəhbəri Xamneyi ilə görüşü zamanı nəyə görə Təbriz səfərinin təxirə düşdüyünü soruşub.”
Xamneyi cavabında "İndi zamanı deyil, başqa vaxt gedərik" deyə bildirib. İran tərəfi Heydər Əliyevin Təbrizdə böyük izdihamla qarşılanacağını bildiyi üçün onun Təbrizə getməsini istəmirdilər. Tehran rejimi qurxurdu ki, bu, Cənubi Azərbaycanda milli azadlıq hərəkatının başlanmasına səbəb olar. Çünki Heydər Əliyev Şimalda müstəqil Azərbaycan dövlətinin lideri idi....
Quzey Azərbaycan da, Güney Azərbaycan da Heydər Əliyevin xidmətlərini əsla unutmayacaq!!!
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: