Özbaşına müalicə etməyin, kor-koranə şəkildə uşaqlara antibiotik vurmayın, bu, çox təhlükəlidir.
Bu müraciət dəfələrlə ölkənin tanınmış həkimləri tərəfindən səsləndirilib.
Lakin təəssüflər olsun ki, hələ də həkimlərin sözünə məhəl qoymayan və nəticədə uşaqlarına böyük ziyan vuran valideynlərə rast gəlinir.
Ötən gün Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb. İndi azyaşlı xəstəxanaya həyat mübarizəsi aparır. Pediatriya şöbəsinin müdiri Könül Ağayeva atv-yə bildirib ki, son zamanlar bu kimi hallara tez-tez rast gəlinir:
"Valideynlər özbaşına və həkim məsləhəti olmadan uşaqlarına antibiotik terapiyası etməsinlər. Virus infeksiyaları zamanı antibiotiklərin heç bir müsbət təsiri yoxdur".