​Əliyev Nikolu məcbur edəcək və saziş bu şəhərdə İMZALANACAQ - SENSASSİYALI İDDİA

​Əliyev Nikolu məcbur edəcək və saziş bu şəhərdə İMZALANACAQ
12:21 12.05.2023
196 Siyasət
A- A+
Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda yekun sənəd imzalaya bilər.

Bu iddia ilə Ermənistanın “İravunk” nəşri çıxış edib.

Nəşr yazır ki, Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammiti çərçivəsində baş tutacaq görüş sənədin imzlanması ilə tarixə keçə bilər: “Lakin bundan əvvəl 14 mayda Brüsseldə keçiriləcək görüş həlledici olacaq. Böyük ehtimalla Paşinyanla Əliyev yekun sənəddən öncə Brüsseldə detalları müzakirə edib, razılaşdıracaqlar”.

Nəşr qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündən əvvəl ciddi qorxuları var.
“Bu qorxular ilk növbədə diasporla bağlıdır. İstər Paşinyan, istərsə diasporla iş üzrə baş komissar Zareh Sinanyan səviyyəsində baş tutan son təmaslar göstərdi ki, bundan sonra diaspor susmayacaq və etiraz edəcək”, - nəşr qeyd edir.
Qeyd edək ki, Ermənistan mediası yekun sənədin Kişinyovda imzalanacağı haqda iddialar irəli sürsə də, mövcud vəziyyət, xüsusilə rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi bu gözləntini azaldır. /publika.az