​Klassika yeniləndi! - “McDonald's” tarixdə İLK DƏFƏ BUNLARA dəyişiklik ETDİ /VİDEO

​Klassika yeniləndi!
12:37 12.05.2023
150 Maraqlı
A- A+
Dünyanın ən böyük “fast food” şəbəkəsi olan “McDonald's” klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik etdiyini açıqlayıb.

Dəyişiklik əfsanəvi “Big Mac”, eləcə də “Double Cheeseburger” və “Royal Cheeseburger” də daxil olmaqla, demək olar ki, bütün burgerlərə təsir edib.

“McDonald's” nümayəndələrinin sözlərinə görə, resept və istehsal prosesinə edilən dəyişikliklər əfsanəvi burgerləri daha dadlı və ləziz etmək məqsədi daşıyır.

Beləliklə, yeniliklər artıq “McDonald's” restoranlarının mətbəxində özünü göstərməyə başlayır. Burada ət yeni, təkmilləşdirilmiş texnologiya ilə hazırlanır ki, nəticədə qonaqlara daha isti və ləziz burgerlər təqdim olunur.

Artıq pendir dilimləri də yeni üsulla isidilir və bu, onların daha tez əriməsinə səbəb olur.

Yeni bulkalar da klassik burgerlərə xüsusi dad verir. Artıq “McDonald's”da daha çox karamelizə olunmuş bulkalardan istifadə edilir, bulkaların daha intensiv qızarmasını təmin edən hazırlanma üsulu tətbiq edilir.

Eyni zamanda, dadını daha da zənginləşdirmək üçün indi “Big Mac”a daha çox sous əlavə edilir.

Qeyd edək ki, yenilənmiş burgerləri artıq “MakAvto” və “McDelivery” də daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən “McDonald’s” restoranlarında əldə etmək olar.

Şirkət nümayəndələri əmindirlər ki, “McDonald's”ın beynəlxalq strategiyasına uyğun olaraq həyata keçirilən bu dəyişikliklər klassik burgerləri ziyarətçilər üçün daha da cəlbedici edəcək.