​Azərbaycanda quru sərhədlər nə zaman AÇILACAQ? - Yay aylarında... /MM-də MÜZAKİRƏ

​Azərbaycanda quru sərhədlər nə zaman AÇILACAQ?
12:53 12.05.2023
358 Toplum
A- A+
Bizə ən çox müraciətlər quru sərhədləri ilə bağlıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, ən azından Azərbaycan vətəndaşları üçün Gürcüstanla sərhədi açmaq olar:

“Bilirik ki, digər sərhədlərdə problem var. Bu da müəyyən dərəcədə bizə ünvanlanan suallara cavab olar. Xüsusilə yay aylarında bu sərhədin açılması çox yaxşı olardı. ÜST-ün son qərarından sonra vətəndaşlar bunu istəyirlər".