​Qırmızı diplomla universteti bitirən tələblərlə bağlı YENİ XƏBƏR

​Qırmızı diplomla universteti bitirən tələblərlə bağlı
14:38 12.05.2023
359 Toplum
A- A+
"Bu gün qırmızı diplomun mənası itib, heç kimə lazım deyil".

Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ali parlamentin bu gün keçirilən iclasında deyib.

Vitse-spikerin sözlərinə görə, ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeydlik göstərilir.

“Mütləq onlara hansısa üstünlük verilməlidir. Misal olaraq, universiteti bitirib, dərin təhsil alıb və hər şey qaydasındadır, mürəkkəbi qurumamış diplomu ilə yenidən harasa işə düzəlmək üçün imtahan verir. Bax, bu məsələ nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyinə müraciət edəndə qanuna istinad edilir. Təklif edirəm ki, dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunların səlahiyyət və hüququnu genişləndirən imkan yaradaq. Bu, bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib”, - deyə F.İbrahimli bildirdi.