Arpa, buğda, kəpək kimi dənli bitkilərin qiymətində enmə müşahidə olunur.
Satıcılar"Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma 10-20 qəpik arasında dəyişir.
İndi arpa 60 qəpiyə satılır. Əvvəlki qiymət isə 75-80 qəpik arasında dəyişirdi.
Bəs, görəsən dənli bitkilərin ucuzlaşması xüsusilə toyuq ətinin qiymətinə necə təsir edəcək ?
Satıcılar deyirlər ki, qarşıdan biçin mövsümü gəlir. Qiymətlərin bir qədər də enəcəyi ehtimal edilir.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik: