AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
İclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Müzakirələrdən sonra birinci divizion təmsilçiləri "Araz-Naxçıvan" və “Zaqatala”ya lisenziya verilib. “İmişli”, “Mingəçevir”, MOİK və “Qaradağ Lökbatan"a isə lisenziya verilməyib.
Bundan başqa, Premyer Liqa yarışlarında iştirak etmək üçün “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı” lisenziya alıb.
"Qarabağ", “Sabah”, "Neftçi", “Zirə” və "Qəbələ" İK-ya UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. “Turan Tovuz” və “Səbail”ə isə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilməyib.
Məlumatda qeyd edilib ki. 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.