​Bakıda DƏHŞƏTLİ OLAY! Əri qadını izlədi - GÖRÜN HANSI VƏZİYYƏTDƏ TUTDU

​Bakıda DƏHŞƏTLİ OLAY! Əri qadını izlədi
09:43 16.05.2023
124 Hadisə
A- A+
Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə, onunla birlikdə olan kişiyə isə xəsarət yetirməkdə ittiham olunan Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Rəşad İbrahimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəşad İbrahimzadə nikahı 14 fevral 2018-ci ildə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən pozulmuş arvadı Zəhra İbrahimovanın başqa kişilərlə görüşərək, əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib.
Qısqanc ər arvadını izlədi
Rəşad keçmiş arvadınmı izləməyə başlayıb və onu 1 may 2018-ci ildə, saat 8 radələrində Bakı şəhəri, “Gənclik” metrosu yaxınlığında avtobus dayanacağında 199 nömrəli marşrut avtobusuna əyləşdiyini görüb.
Daha sonra Rəşad taksi avtomaşınında onu izləyərək, arxasınca gedib.
Zəhranı Xətai prospektində “Yaşıl bazar”ın qarşısında avtobusdan düşdüyünü görüb.
Küçədə qətl
Sonra Rəşad keçmiş arvadını izləməkdə davam edib. Bu zaman Xətai prospektində, “Atlas” özəl tibb klinikasının qarşısında keçmiş arvadının əvvəllər tanımadığı Emil Əliyevə səmimi görüşüb, yanaşı getdiklərini görüb.
Rəşad onların yaxın münasibətlərdə olduqlarını başa düşüb və arvadına çoxsaylı bıçaq zərbələri vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Rəşad arvadı ilə birlikdə olan Emil Əliyevə də bir neçə bıçaq xəsarəti yetirib. Emil Əliyevə xəstəxanada tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Rəşad İbrahimzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad İbrahimzadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
“Arvadımın əxlaqsızlıq etdiyini eşitdim”
Rəşad İbrahimzadə bildirib ki, keçmiş arvadının başqa-başqa kişilərlə görüşüb, əxlaqsızlıq etdiyini eşidib. Bunu dəqiqləşdirmək üçün keçmiş arvadını izləməyə başlayıb: “Mayın 1-də arvadımı “Atlas” özəl tibb klinikasının qarşısında tanımadığım kişi ilə səmimi görüşdüyünü gördüm. Bu məndə daha da qısqanclıq yaratdı. Onların yaxın münasibətlərdə olduqlarını güman etdim.
Təxminən iki il əvvəl əldə etdiyim və üstümdə gəzdirdiyim bıçaqla əvvəlcə Zəhranı vuraraq öldürdüm. Emilə də bıçaqla zərbələr vuraraq hadisə yerindən qaçdım”.
“Müğənnilərlə şəkillərini gördüm”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Emil Əliyev bildirib ki, Zəhra ilə yaxın münasibətləri olsa da, təxminən hadisədən iki gün əvvəl onun İntsaqram sosial şəbəkəsində müxtəlif qadın müğənnilərlə birlikdə çəkilmiş şəkillərini gördüyü üçün aralarında mübahisə olub və münasibətləri soyuyub: “Zəhra ilə növbəti gün barışdıq. Sonra Zəhraya iş tapdığımı deyərək, ona “Şərq Bazarı”nın arxasında yerləşən ofisə getməli olduğunu bildirdim”.
“Birlikdə “Dəmir Bank”ın ofisi istiqamətində getdik”
Emil Əliyevin sözlərinə görə, aprelin 30-da Zəhra Nicat adlı dostunun ofisinə getməyib, buna səbəb isə Zəhranın yuxudan gec oyanması olub: “Növbəti gün səhər saat 8 radələrində idarə etdiyim “Mercedes” markalı avtomobilimə mindim və işə getdim. İşə çatdıqdan təxminən 10-15 dəqiqə sonra Zəhra mənə zəng edərək, “Şərq Bazarı”nın qarşısında olduğunu, ofisin yerini tapmadığını, Nicata zəng etsə də, onun telefona cavab vermədiyini dedi.
İş yerim olan “Ceramic Center” həmin yerə yaxın olduğu üçün Zəhraya gözləməsini istədim. Bir qədər sonra “Şərq Bazarı”nın yanında Zəhra ilə görüşdük. Birlikdə “Dəmir Bank”ın ofisi istiqamətində getdik”.
“Geri döndü və ərinin gəldiyini dedi”
Emil Əliyev qeyd edib ki, bu vaxt Zəhranın istifadəsinə olan mobil telefona zəng gəlib: “Zəhra cavab verərkən “sənə deyirəm ki, işdəyəm” və “sən yenə dəlimi oldun” sözlərini deyərək telefonu söndürdü. Zəng edənin kim olduğunu soruşdum. Zəhra həmin zəng edənin keçmiş əri Rəşad olduğunu söylədi.
Zəngdən heç bir dəqiqə keçməmiş Zəhra geri dönərək keçmiş ərinin arxasınca gəldiyini dedi. Mən də Zəhranın bu sözlərindən sonra geriyə dönərək baxdım. Bu zaman Rəşadın əlindəki bıçağı açdığını gördüm”.
“Qanlı vəziyyətdə klinikaya daxil oldum”
Emil Əliyev deyib ki, həmin vaxt nə baş verməsini anlayıb: “Bir də gördüm ki, Rəşad Zəhraya hücum etdi. Ona mane olmaq istədim. Rəşad mənim də üstümə bıçaq çəkdiyi üçün geriyə doğru qaçdım.
Zəhraya ardıcıl zərbələr endirdiyini gördüm və ayırmaq məqsədilə yenidən Rəşadın üstünə qaçdım.
Həmin vaxt ayağım dəmirə ilişdiyindən arxası üstə yerə yıxıldım. Rəşad məni bu vəziyyətdə olduğumu gördü, üstümə hücum edərək qarın və ayaq nahiyələrimə ardıcıl zərbələr vurmağa başladı. Ona müqavimət göstərməyə çalışsam da, Rəşad zərbələr endirməkdə davam etdi. Zərbələr vurduqdan sonra yerdə hərəkətsiz vəziyyətdə qaldığımdan öldüyümü düşündüyü üçün getdi.
Bir qədər sonra ayağa qalxdım və bir neçə metr irəlidə Zəhranın yıxılı vəziyyətdə olduğunu, orada toplaşan şəxslərin onu “Atlas Medical” klinikasına tərəf apardıqlarını gördüm. Özüm də yeriyərək qanlı vəziyyətdə klinikaya daxil oldum”.
Sonda 17 il cəza
Emil Əliyev əlavə edib ki, həkimlərin Zəhraya tibbi yardım göstərmələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bir qədər sonra Təcili Tibbi Yardım briqadası gəlib və Zəhranın öldüyünü bildirib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Rəşad İbrahimzadəni təqsirli bilib və ona 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Hökmdən narazı qalan Rəşad İbrahimzadə apelyasiya şikayəti verib. O, himayəsində 3 azyaşlı uşağın olmasının nəzərə alınıb cinayət işinə yenidən baxılmasını, barəsində yüngül qərar qəbul olunmasını xahiş edib.
Rəşad İbrahimzadənin apelyasiya şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Rəşad İbrahimzadənin apelyasiya şikayəti təmin olunmayıb. (teleqraf)