Sulh.info.az xarici KİV-ə istinadən intuisiyası güclü olan 6 bürcü təqdim edir:
XƏRÇƏNG BÜRCÜ
Xərçəng astrologiyada ən emosional bürc hesab olunur. Güclü intuisiyaya malik olamaq Xərçəng bürcünün təbitətindədir. Hər kəsin hisslərini dərhal anlaya bilərlər. Bu xüsusiyyətlər sayəsində onlar qarşılarındakı şəxsin əslində necə biri olduğunu dərhal aydınlaşdıra bilirlər. Güclü intuisiyaya malik Xərçənglər bu xüsusiyyətləri sayəsində insanların qabiliyyətini daha asan təhlil edirlər.
TƏRƏZİ BÜRCÜ
Tərəzi bürcü altında olanlar balanslı yanaşmaları sayəsində ətrafda baş verən hər şeyi dərhal görürlər. Tərəzi aldatmaq və ya yayındırmaq üçün bir yol yoxdur. Tərəzi adətən insanlara çox şübhə ilə yanaşır. Pis bir şey hiss etdikdə, heç vaxt o adamın yanında olmurlar. Tərəzi ətrafdakı şərtlərdən o qədər xəbərdardır ki, bəzən dedektiv rolunu öz üzərinə götürə bilir.
ƏQRƏB BÜRCÜ
Əqrəbi aldatmaq demək olar ki, mümkün deyil. Əqrəblər həyatları boyu qarşılaşdıqları hər hadisə ilə maraqlanırlar. Onların ciddi etibar problemləri var. Əqrəblər tanış olduqları hər insana şübhə edirlər. Bu səbəbdən asanlıqla dostluq qura bilmirlər. Əqrəb bürcündən olan insanlar çox güclü intuisiyaya sahib olduqları üçün tanış olduqları insanları təhlil etmək onlara daha asandır.
BALIQLAR BÜRCÜ
Güclü intuisiyaya malik olmaq balıqların ən əsas xüsusiyyətlərindən biridir. Balıqlar dərhal insanların düşüncələrini və hisslərini hiss edirlər. Ehtiyatlı davranırlar, çünki başlarına gələ biləcək yaxşı və ya pis hər hansı bir vəziyyəti əvvəlcədən hiss edirlər. Balıqlar ətrafdakı insanları çox yaxşı tanıyır. Bu səbəbdən heç vaxt onlardan bir şey gizlətmək mümkün olmur.
ƏKİZLƏR BÜRCÜ
Əkizlər bürcündən olan insanlar çox sosialdırlar. Əkizlər dostları ilə birlikdə olmağı və yeni insanlarla tanış olmağı sevirlər. Əkizlər insanları kitab kimi oxuya bilərlər. İnsanların xüsusiyyətlərini və hisslərini çox yaxşı təhlil edirlər. Əkizləri ətraflarında baş verən hər şeyi və heç kimin fərq edə bilməyəcəyi detalları yaxşı izləyirlər. Həm də hisslərini istifadə edərək həyatını istiqamətləndirirlər.
OXATAN BÜRCÜ
Oxatan bürcündən olan adamlar həmişə yeni məlumatlar öyrənmək istəyirlər. Oxatan bürcünü aldatmaq mümkün deyil. Onlar insanları çox yaxşı qiymətləndirirlər. Təbiətcə çox ünsiyyətcil olsalar da, onların heç birinin yanında olduqlarını heç vaxt görməyəcəksiniz. Çünki hissləri həmişə Oxatan bürcünü fərqli sahələrə yönəldir.
Qoç, Buğa, Şir, Qız, Oğlaq və Dolça bürcləri isə sadəcə olduqları atmosferdə nələrin baş verdiyini bilirlər, onaların intuisiyası güclü deyil.(BAKU.WS)