​Gender əsaslı zorakılığa son - Bu dəfə İmişlidə tədbir keçirilb /FOTOLAR

​Gender əsaslı zorakılığa son
13:08 16.05.2023
158 Toplum
A- A+
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikasının Xarici Işlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsinin icrasını davam etdirir.

Layihə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi” və 12.3. “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq” bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir. Layihənin hədəf qrupu kişilərdir. 

Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!” layihəsinin davamıdır. 

Layihənin növbəti addımı kimi 13-14 may 2023-cü il tarixlərlərdə İmişli rayonunda davam edib. Təlimdə 15 nəfər kişi iştirakçı olub. İmişli rayon İcra Hakimiyyəti tədbirin yerinin təşkilində və iştirakçıların müəyyən edilməsində layihəyə öz töhfəsini verib və bu işə çox böyük məsuliyyətlə yanaşıb.

Təlimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxssisi Tural Hüseynzadə, layihə çərçivəsində hazırlanmış 10 təlimçidən iki təlimçi- Niftiyev Mir İlham və Kərimov Toğrul aparıb.

Qeyd edək ki, təlim almış təlimçilər iki nəfər olmaqla hər biri rayonlar üzrə təlimi keçəcək.