​Azərbaycan hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər - Orliç

​Azərbaycan hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər
14:45 16.05.2023
123 Toplum
A- A+
Serbiyadan Heydər Əliyevin xatirəsini birgə yad etmək üçün gəlmişik.

Bunu bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında Serbiya Milli Assambleyanın Sədri Vladimir Orliç bildirib.

Serbiya Milli Assambleyanın Sədri qeyd edib ki, ərazi bütövlüyünün qorunması ilə bağlı Serbiya və Azərbaycan eyni mövqeyə malikdir: “Parlamentarizmlə bağlı da Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev parlamentarizmə yeni ruh gətirib”.

Vladimir Orliç deyib ki, Prezident İlham Əliyev Serbiya xalqının böyük dostudur: “Serbiyadan Heydər Əliyevin xatirəsini birgə yad etmək üçün gəlmişik. Serbiyada çox gözəl bir parkda Heydər Əliyevin abidəsi var. Spiker Sahibə Qafarovanın Serbiyaya səfər edəcəyini elan etməsindən də şadıq. Azərbaycan hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər. Azərbaycanın gələcəyinin parlaq olmasını arzu edirəm”.

Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid El-Alami isə vurğulayıb ki, Heydər Əliyev ölkəni böyük cazibə mərkəzinə çevirə bilib:

“Şübhəsiz ki, Azərbaycanın uzun illərdir qoruyub saxladığı uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə Azərbaycan bir çox uğurlara imza atıb. Mərhum Heydər Əliyev ölkəni böyük cazibə mərkəzinə çevirə bilib.

Mədəniyyətiniz də çox dərindir. Şəhərləriniz müasir, gələcəyə doğru inamla irəliləyir. Təbii ki, bu kimi nailiyyətlər son 30 il müddətində əldə edilib. Coğrafi mövqeyi baxımından Azərbaycanda Qafqazın gözəlliyi var. Azərbaycanda həmçinin müxtəlif dünya mədəniyyətlərin, sivilizasiyaların qovuşduğunu müşahidə edirik.

Azərbaycan xalqının düşüncəsi və yaradıcılıq bacarığı da bir nümunədir. Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir”.