Türkiyə mətbuatında müğənni Orhan Gencebayın vəfatı ilə bağlı xəbərlər yayılıb.
78 yaşlı sənətçi haqqında yayılan xəbərlərə açıqlama gətirib:
"Şükür səhhətim yerindədir. Olduqca sağlamam. Demək ki hələ vaxtım bitməyib. Allah özü bilir. Vaxtı gələndə Allaha təslim olan biriyəm. O, nə deyirsə o olacaq. Görünür ki, kimsə mənimlə ağır zarafat etmək istəyib. Məni sevən hər kəsə salamımı və sevgimi göndərirəm".