​Sosial şəbəkələrdə çox yayılan bu foto barədə DİN-dən AÇIQLAMA

​Sosial şəbəkələrdə çox yayılan bu foto barədə DİN-dən
11:45 17.05.2023
154 Hadisə
A- A+

Bir neçə gündür sosial şəbəkələrdə dəmiryolu xətti üzərində hasarın çəkilməsini əks etdirən foto yayılıb. İddialara görə, görüntü Gəncədə lentə alınıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

Belə ki, qurumun Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu fotonun Azərbaycanda çəkilmədiyini açıqlayıb:

"Fotoşəkil Azərbaycanda çəkilməyib. Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb".