​Nazirin dediklərinə Fazil Mustafadan reaksiya - “Nəhayət ki...”

​Nazirin dediklərinə Fazil Mustafadan reaksiya
12:03 17.05.2023
132 Toplum
A- A+
Elm və təhsil naziri Emin Əmrullayevin dərs ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərinə millət vəkili Fazil Mustafadan reaksiya gəlib.

F. Mustafa bu haqda sosial şəbəkədə yazıb:

“Nəhayət ki, illərlə səsləndirdiyimiz fikirlər gerçəkləşməyə başlayır. Bu indi səslənən istək və ya təklif deyil. Bu on dəfələrlə rəsmi məqamlara göndərdiyimiz tələbdir. Həmişə gecikirik. Təhsil nazirimizi birmənalı dəstəkləyirəm. Bunu qərara bağlamaq lazım. İctimai dəstək verməliyik ki, söz olaraq ortada qalmasın. 1 sentyabr Bilik gününə doğru!”.

Qeyd edək ki, nazir E. Əmrullayev deyib:

"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam”.

Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".