14 may seçkilərinə iki gün qalmış prezidentliyə nazmidəlikdən geri çəkilən Məhərrəm İncə lideri olduğu Məmləkət partiyasının ikinci turda hansı namizədi dəstəkləməsi ilə bağlı iclas keçirib.
4 saat 15 dəqiqə davam edən görüşdə seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı, yoxsa Kamal Kılıçdaroğlunu dəstəkləməyin daha məqsədəuyğun olacağı müzakirə olunub. Müzakirələrin yekunu olaraq Məmləkət Partiyası ikinci turda konkret olaraq hansısa namizədi dəstəkləmək barədə yox, üzvlərin və tərəfdarlarının sərbəst seçim verməsi barədə qərar qəbul ediblər. Yəni “nə Ərdoğan, nə də Kılıçdaroğlu”, kim hansı namizədi istəyirsə, ona da səs versin.
Partiya həmçinin fəaliyyətini dayandırmaq yox, siyasi həyatını davam etdirməyə qərar verib. /olke.az