Şəki şəhəri Salman Muntaz küçəsində, 55-AC-580 dövlət nömrə nişanlı “KAMAZ” markalı, Şəki şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə məxsus zibil maşını geriyə hərəkət edərkən 87 km/saat sürətlə radara düşüb.
Bu barədə Avtosfer.az-ın qaynar xəttinə oxucumuz şikayət edib. Onun sözlərinə görə, qaydanı pozmadığı halda ona, İnzibati Xətalar Məcəlləsinin 328.2 maddəsinə əsasən protokol tərtib olunub. Sürücü onu da vurğulayıb ki, məsələ yol polisi tərəfindən araşdırılıb və günahının olmadığı bildirilib. Lakin hazıda onun barəsində 50 manat məbləğində inzibati xəta protokolu mövcuddur.
Görüntülərdən də məlum olur kı, radara düşən sol zolaqda sürətlə hərəkət edən sarı rəngli “Ford Tranzit” markalı avtomobilidir. amma, onun cəriməsi 10 km/saat sürətlə geriyə hərəkət edən “KAMAZ”a yazılıb.