​İlk ödənişli avtomobil yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ

​İlk ödənişli avtomobil yolu nə vaxt istifadəyə veriləcək?
15:53 17.05.2023
136 Ölkə
A- A+
Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
 
Bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.
 
Onun sözlərinə görə, hazırda yolda son tamamlanma işləri gedir:
 
"Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolu 5 hissə üzrə inşa olunur. İlk hissə-0-dan 30-cu kilometrə qədər olan hissə 2020-ci ildə tikilib yekunlaşdırılıb. İkinci hissə-30-55-ci kilometrlik hissəsində tikinti işləri yekunlaşır, son tamamlanma işləri görülür. Yaxın vaxtlarda həmin hissədə tikinti tam yekunlaşdırılacaq. 3-cü və 4-cü hissə üzrə torpaq və asfaltlanma işləri davam etdirilir. Həmin hissədə tikinti işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır. 5-ci hissə üzrə - Qəndob - Rusiya sərhəddinə qədər olan hissədə isə tikinti artıq yekunlaşır. Hazırda həmin hissədə də son tamamlanma işləri görülür. Həmçinin yolda paralel olaraq ödəniş terminallarının da quraşdırılması prosesi davam etdirilir".
 
A. Nəcəfli bildirib ki, adıçəkilən yolda tikinti işləri ilin sonunda tam yekunlaşacaq.