​Paşinyanın oğlunu qaçırmaq istədilər - Aşot yaralandı /ŞOK

​Paşinyanın oğlunu qaçırmaq istədilər
16:38 17.05.2023
164 Dünya
A- A+
Ermənistan baş nazirinin oğlu Aşot Paşinyanı qaçırmağa cəhd ediblər.

Bu barədə Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Hadisənin bu gün saat 15:00 radələrində olduğu bildirilir.

Qeyd edilir ki, adam oğurluğunda iştirak edənlər Aşot Paşinyanı maşınlarına mindirməyə məcbur edən “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir. Lakin baş nazirin oğlu bir anlıq dayanan maşından düşə bilib, nəticədə eyni təşkilatın nəqliyyat vasitəsini izləyən avtomobil onu vurub. Nəticədə Aşot ayağından xəsarət alıb və həmin şəxslər hadisə yerindən qaçıblar. Paşinyanın oğlu hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib./olke.az