​Bu bürclər gələn həftədən başlayan böyük dəyişikliyə hazır olsun

​Bu bürclər gələn həftədən başlayan böyük dəyişikliyə hazır olsun
10:19 18.05.2023
156 Maraqlı
A- A+
Qarşıdan gələn həftə 4 bürc üçün böyük dəyişikliklər vaxtı olacaq. Bu dəyişikliklər onları sevindirməyə bilər,

Bu barədə Astroloq Tamara Qloba xəbərdarlıq edib.

"Qoçun həyatında vacib və faydalı bir şey sona çatacaq. Ola bilsin, hansısa layihəni başa çatdırmaqdan danışırıq. Qoçun yerinə başqası olsa, əsəbiləşib özünə qapanardı.  Ancaq xoşbəxtlikdən, bu bürcün nümayəndələri küsüb burunlarını sallamağı sevmirlər. Qoç bürcünün nikbinliyi onlara baş verən dəyişikliklərdə yeni üfüqlər və imkanlar görməyə kömək edəcək",-deyə o bildirib.

Şirlərin də vəziyyəti dəyişmək üzrədirlər. Onlar maraq doğuran həyat mərhələsi ilə vidalaşmalı olacaqlar. Bununla belə, astroloq vəd edir ki, onlar üçün tezliklə yeni bir şey başlayacaq və bu, onların xoşuna gələ bilər.

"Qız bürcü Merkurinin geriləməsi bitdikdən sonra gələcək dəyişikliklərə hazır olmaya bilər. Deyəsən, onlar indiki reallığa güclə öyrəşiblər, sabitlik onları sevindirib. Ancaq Uulduzlar xəbərdarlıq edir ki, keçmişdə yaşamaq lazım deyil, bu səhvdir. Bu bürc çox potensiala malikdir. İndi diqqəti gələcəyə yönəltməliyik. Bu, uğur qazanmağın yeganə yoludur",-deyə Qloba vurğulayıb.

Oğlaqların inadkarlığı və əzmkarlığı heç bir maneədən asılı olmayaraq məqsədlərinə çatmağa kömək edir.  bBu üsul həqiqətən işləyir. Amma hər zaman belə olmur. Oğlaqlar heç bir şeyin onlar üçün nəticə vermədiyini və məqsədlərin artıq aktual olmadığını başa düşsələr, artıq ehtiyac duymadıqları işi yerinə yetirmək əvəzinə, çevik olmağa və yaranan fürsətlərdən yararlanmağa çalışarlar. (cebhe.info)