Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Ramiz Məlikin onkoloji xəstə olduğu üzə çıxıb.
O bu barədə feysbukda bildirib.
“Milli Onkologiya Mərkəzinin rəhbəri Akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına, müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm. Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam, tezliklə sağalıb sizinlə görüşənədək”, - sənətkar yazıb.
Qeyd edək ki, R. Məlik bu gün xəstəxanadan evə buraxılacaq.