Tanınmış aktyor, teleaparıcı, şoumen Tural Əsədov barəsində məhkəməyə müraciət edilib.
Bu barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Müraciətə səbəb, aktyora məxsus “Red Socks MMC”nin dövlət büdcəsinə, DSMF və işsizlikdən sığorta ilə bağlı yaranan borclara görədir. Bu səbəblə Bakı Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, onun ölkədən çıxmasının müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.
Demokrat.az bildirir ki, məsələ ilə bağlı Lent.az-a danışan Tural Əsədov artıq problemin həll olunduğunu deyib: “Red Socks MMC əvvəllər mənə məxsus olub. Artıq satılıb. İndi belə bir vergi problemi mövcud deyil”.