​Bağlanan bankın kartlarındakı pullar necə qaytarılacaq? - İqtisadçı açıqladı

​Bağlanan bankın kartlarındakı pullar necə qaytarılacaq?
12:24 18.05.2023
A- A+
Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank”da olan əmək haqqı və plastik kartlardakı vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

“Həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək. Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”, - V.Bayramov bildirib.