​Azərbaycan Xankəndidə bu əməliyyatı keçirəcək, ondan sonra... - Türk general detalları açıqladı

​Azərbaycan Xankəndidə bu əməliyyatı keçirəcək, ondan sonra...
14:12 18.05.2023
131 Dünya
A- A+
"Paşinyan Azərbaycanın ərazi bütünlüyünü rəsmən tanıdıqdan sonra öz ölkəsində birlik və bərabərliyi təmin edə bilmədiyi üçün Ermənistan ikiyə bölünüb:

1.Sülhü, barışı istəyənlər, başqasının maşası olmaq istəməyənlər.

2.İki yüz ildir başqaları üçün əlverişli istifadə maşası olmağı qəbul edənlər. Bunlar məhz Ermənistan dövlətindəki əliqanlı qatillərdir. Xocalıdakı, Gəncədəki qanlı əllərin sahibləridir. Polad Həşimovun, Mübarizin şəhid olmasında əli olan qruplardır. Bunların sakit dayanmasını gözləmək saflıq olar. Onlar sülh sazişi imzalansa belə rahat durmayacaqlar. “ASALA” kimi terror qrupu olaraq fəaliyyətlərini davam etdirəcəklər. Sülh haqqında danışılır. Amma bu anlaşmadan sonra da təxribatlar törədəcəklər. Sakitliyi, sabitliyi pozmağa çalışacaqlar”.

Bu sözləri Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O qeyd edib ki, Azərbaycan torpağına, əsgərinə qarşı təxribat fəaliyyəti ilə məşğul olanlar barəsində lazımi tədbirlər görüləcək:

“Onların fəaliyyətlərini dəyərləndirsək, bir balıq üçün su nə deməkdirsə, bunlar üçün də terror odur. Çünki onlar xaosdan, təxribatdan bəslənirlər. Azərbaycan isə təxribat törədənlərə qarşı həm diplomatik sferada, həm də hərbi müstəvidə cavab verməyə davam edir və etməlidir. Çünki Azərbaycan üçün əsgərinin bir damla qanı, bir qarış torpağı müqəddəsdir. Buna qarşılıq olaraq torpağımıza, əsgərimizə qarşı təxribat fəaliyyəti ilə məşğul olanlar barədə lazımi tədbirlər görüləcək".

General vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürütməsinə rəğmən, Ermənistanın 5-6 başçısı, “daydayı” var. Hamısı da istəyir ki, öz istədiklərini həyata keçirsin:

"O səbəbdən buraya sülhün, hüzurun gəlməsi, ermənilərin üçtərəfli saziş və beynəlxalq razılaşmalar, hüquqlar, dünyanın qəbul etdiyi qanunlar çərçivəsində yaşaması bir az çətindir. Buna ancaq güclü dövlət, güclü ordu, güclü xalqın sayəsində nail olmaq olar. Bunu güclü Azərbaycanın timsalında görürürk. Paşinyan deyib ki, “Qarabağ Azərbaycandır”. Lakin onun, Qarabağdakı separatçı dəstələrin xaric edilməsinə gücünün çatıb-çatmaması mövzusu mübahisəlidir.

Çünki sözügedən dəstələrin bir qismi Ermənistana bağlı qüvvələr deyil. Oradakı terrorist qrupların bir qismi, daha öncə də qeyd etdiyim kimi 5-6 “dayday”ın qullarıdır ki, öz istəklərini həyata keçirmək istəyirlər. Onları silahla təmin edirlər. Biz beynəlxalq hüquqdan doğan haqqa sahib olduğumuz üçün onların bu fəaliyyətinə anti-terror fəaliyyəti ilə cavab verməliyik. Ondan sonra sülh anlaşmasının gətirdiyi şərtlərdə ərazi bütünlüyü üzərində tam nəzarəti təmin edəcəyik”,- deyə Karauz yekunlaşdırıb.