​Azərbaycan dəhşətli virusa qarşı vaksin HAZIRLADI

​Azərbaycan dəhşətli virusa qarşı vaksin HAZIRLADI
14:19 18.05.2023
133 Toplum
A- A+
Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Birinci mərhələsi labaratoriya şəraitində, yəni elmi tədqiqatların aparılmasıdır. Buna pre-klinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar aparılır.

Bu barədə Trend-ə açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.

O qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb.

"COVID-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Pre-klinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatları insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəsüfki müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı. Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, "Omikron"da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu. Bu haqda dünyanın ən prestijli jurnallarında çin alimləri tərəfindən məqalə çap edildi. Orada göstərilir ki, bizim hazırlaldığımız COVID-19-a qarşı vaksin "Omikron"və "Delta"ya qarşı effektivdir. Vaksinin adının Qarabağ qoyulması planlaşdırılıb. Pandemiya bitsə də "Omikron" variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də "Omikron" varianta yoluxur. Bu vaksin yeni yaranan variantlara qarşı da effketivdir",- deyə T. Məmmədov bildirib.

Xatırladaq ki, bir müddət öncə T.Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib.