​Azərbaycanda zəlzələ OLDU

​Azərbaycanda zəlzələ OLDU
16:08 18.05.2023
155 Hadisə
A- A+
Qubada zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:28-də Xınalıq stansiyasından 14 km şərqdə, Quba rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.3, dərinliyi 44 km olub.

Zəlzələ hiss olunmayıb.