Kılıçdaroğlu seçkilərdə qalib gələcəyi təqdirdə bütün qaçqınları Türkiyədən qovacağına söz verib.
Müxalifət lideri və prezidentliyə vahid namizəd Kamal Kılıçdaroğlu seçkilərdə qalib gələcəyi təqdirdə bütün qaçqınları ölkədən çıxarmaq planlarını açıqlayıb.
O, belə bir bəyanatla Ankarada keçirdiyi mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, Türkiyədə 10 milyona yaxın qaçqın var:
“Əgər seçilsəm, bütün qaçqınları geri göndərəcəyəm”.
Daha əvvəl Life qəzeti müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun ölkənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğanı “saxta dünya lideri ” adlandırdığını yazmışdı.
Qeyd ki, Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğan 49,35 faiz , rəqibi Kamal Kılıçdaroğlu isə 45 faiz səs toplayıb. İkinci turun mayın 28-də keçirilməsi nəzərdə tutulub.