Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.
Bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.