İki il müddətinə həbs olunan aktyor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov bu proseslə bağlı detalları açıqlayıb.
Sulh.info.az olay.az-a istinadən xəbər verir ki, barədə aktyorun vəkili danışıb. O bildirib ki, məhkəmə prosesi 2018-ci ildən davam edir:
“Nizami Rayon Məhkəməsi 223 maddə ilə xitam hökmü çıxarıb. Lakin 70-ci maddənin tələbinə görə 3 il şərti cəza vermişdilər. Hansı ki, əsassız idi. Buna görə biz də, zərərçəkən də şikayət vermişdik. Həmçinin bacısı oğlunun da vəkili mən olmuşam. O, etiraz edib ölkədən getdi. Bu işlər bu vaxta qədər uzandı. Onunla bağlı axtarış verildi. Bu ilin martında ölkəyə gəldi və həbs olundu. Sonra icra təzələndi, biz vacib olan bütün sübutları qoyduq, lakin hökm çıxarıldı. 70-ci maddəyə əsasən qəbul edilən qərar ləğv olundu, 2 il azadlıqdan məhrum edildi. Bacısı oğlu islah işi şərti ilə azadlığa buraxıldı. Səhv etmirəmsə 1 il altı ay islah işi verilib.
O, Türkiyəyə getmişdi, etiraz etmişdi ki, etmədiyim əmələ görə məhkum olunuram. Cinayət işindəki materialları onu deməyə əsas verirdi ki, Toğrul (R. Rzayevin bacısı oğlu - red.) ümumiyyətlə hadisə yerində olmayıb. Hadisə Tural, onun qaynı və Rza arasında olmuşdu. Rza xəsarət almışdı, hansısa yollarlasa bu fakt sənədlərdən çıxarılmışdı. Deyilmişdi ki, köhnədir və sairə. Rza və bacısı oğlu üzərində birtərəfli iş aparılmışdı. Sonradan bildirildi ki, guya Rza onu telefonla vurub. Hansı ki, telefonla adamın davamlı vurulması qeyri-mümkündür. Özlərinin ifadələrində əvvəlcə deyiblər ki, qulağından Toğrul vurub. Sonra guya Rza tərəfindən vurulmuş kimi qiymətləndirildi.
Bu hadisə direktorun otağında baş vermişdi. Orada döyülmək və başqa hərəkət olmamışdı. Rza sərt formada söz deyə bilər. Lakin o qədər mədəni insandır ki, kiməsə durduq yerə əl qaldırmaz. Hətta bu hadisədə Tural tərəfindən Rzanın üzərinə gəlinmişdi. Onun guya özünün xəsarət alması, xəstəxanaya getməsi bir şou idi”.