​Axtarışda olan Ülviyyə Alovlu - "Orada olacağam, gəlib aparsınlar"

​Axtarışda olan Ülviyyə Alovlu
11:19 19.05.2023
157 Toplum
A- A+
Xəbər verdiyimiz kimi, jurnalist Ülviyyə Alovlunun axtarışda olması ilə bağlı məlumat yayılıb. Bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Sulh.info.az axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Flora Kərimova ötən gün açıqlama yayaraq, məhkəmənin gedişatından narazı olduğunu, Ülviyyənin 5 aydır tapılıb məhkəməyə gətirilmədiyini bildirib. Bunun ardından Alovlu da paylaşım edərək, yayılanlara reaksiya verib.
O bildirib ki, Bakıdadır və özünə qulluq etməklə məşğuldur. Ülviyyə plastik əməliyyatlar etdirdiyini, ötən gününü isə gözəllik salonunda keçirtdiyini vurğulayıb:
"Murad Arifin ilk solo konsertinə hazıram. Heç kim də məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə, mənim gündəmdə qalmağıma çalışdı. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verir. Getdiyim hər yeri bundan sonra işarələyəcəyəm. Heydər Əliyev Sarayında olacağam, kimsə axtarırsa, gəlib aparsın. Hakim Abbas Rzayevə zəng edirəm, deyir ki, belə bir şey yoxdur. Yenilənmiş, gözəlləşmiş halda buradayam".

Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.
Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.