Seçkilərin ikinci tura keçəcəyini və namizədlərin səs nisbətlərini proqnozlaşdıran “Sonar Araşdırma”nın sahibi Hakan Bayrakçı ikinci turla bağlı açıqlama yayıb.
Hakan Bayrakçı ikinci turda Sinan Oğanın səslərinin necə bölüşdürüləcəyi ilə bağlı proqnozunu “CNN Türk”lə bölüşüb. O, hələlik anket nəticələrinin hazırlanmadığını, yalnız təxminlərini söylədiyini vurğulayıb. Bayrakçı 3 fərqli ssenari üzrə mümkün nəticələri proqnozlaşdırıb.
O, Sinan Oğanın bitərəf qalmaq, Ərdoğanı və ya Kılıçdaroğlunu dəstəkləmək qərarına görə, 5,2 faizlik səs bölgüsünün necə olacağını təxmin edib. /redaktor.az
Sinan Oğan tərəfsiz qalsa:
1,8% Kamal Kılıçdaroğluna gedir;
1,8% faiz Rəcəb Tayyib Ərdoğana gedir;
1,6% seçkiyə getmir.
Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa:
1,8% Kamal Kılıçdaroğluna gedir;
2,0% Rəcəb Tayyib Ərdoğana gedir;
1,4% seçkiyə getmir.
Sinan Oğan ikinci turda Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa:
2,2% Kamal Kılıçdaroğluna gedir;
1,0% Rəcəb Tayyib Ərdoğana gedir;
2,0% seçkiyə getmir.