Tanınmış jurnalist Anar Şabanoğlu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidenti postundan ayrılıb.
Bu barədə o, sisoal şəbəkə hesabında paylaşım edib:
"AİJA-nın vitse-prezidenti vəzifəsindən istefa vermək zamanı yetişdi. Mənim üçün çox yaxşı təcrübə oldu və bu işi major notda bitirməyim məsləhətdir. Eldar müəllimə can sağlığı və uzun ömür, AİJA-ya və orda əməyi keçən hər kəsə uğurlar arzulayıram".
Anar Şabanoğlu 2020-ci ilin dekabrından AİJA-nın vitse-prezidenti olub.