Türkiyədə mayın 14-dən əvvəl “Sənə söz veririk” şüarı ilə PKK və FETÖ-çüləri azad edəcəyinə söz verən Kılıçdaroğlunun "U" dönüşü edərək, “millətçi”yə çevrilməsindən danışılır. Qeyd olunur ki, çərşənbə günü birdən-birə baş verən bu dəyişiklik nəinki səs verməsi istəniləcək millətçilərə, hətta CHP-lilərə də inandırıcı gəlmir. CHP tərəfdarları onun sözügedən addımını yalnız seçkiyə qədər davam edən bir strategiya kimi qiymətləndirir.
Terror təşkilatları ilə masa arxasına oturmadığını iddia edən Kılıçdaroğlunun fikirləri keçmişdəki hərəkətləri ilə ziddiyyət təşkil edir. Burada əsas diqqət çəkən məqamlar isə aşağıdakılardır:
1) Millət İttifaqı onun namizədliyini açıqladıqdan sonra Kılıçdaroğlu HDP-nin həmsədrləri Pərvin Buldan və Mithat Sancarla görüşərək seçkidə dəstək istədi. HDP də dəstəyini əsirgəmədi;
2) KHK-çılara təminat verməklə Kılıçdaroğlu FETÖ-çüləri yüksək səviyyədə dəstəkləmiş oldu. O, "İşinə xitam verilən və çörəyi əlindən alınan hər kəsi öz vəzifəsinə qaytaracağam" dedi. İyulun 15-dən sonra vəzifədən xaric edilənləri ən yaxınına çəkdi. Yüksel Taşkın və İbrahim Kaboğlunu partiyasına gətirərək, onlara mühüm vəzifələr verdi. 2018-ci ildə Kaboğlunu TBMM-yə gətirən Kılıçdaroğlu 14 may seçkilərində özünün də namizəd olduğu İzmirin 1-ci Bölgəsindən Taşkını namizəd kimi irəli sürdü.
Bu iki nüans Kamal Kılıçdaroğlunun hakimiyyət sevdasının arxasında hansı niyyətin olduğunu açıq-aşkar büruzə verir.