Müğənninin direktoru, aparıcı Lamiyyə Ələkbərova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nuri Azərbaycan vətəndaşıdır, lakin Rusiyada yaşayır və hər dəvətdə Bakıya gəlməsi böyük xərc tələb edir:
"Azərbaycan tək gəlmir, 3 nəfərlə birlikdə gəlir. Bundan əlavə onların təyyarə bileti də var. Toy dəvətlərimiz çoxdur. Baxın AZAL-ın qiymətlərinə, görün 3 nəfər üçün nə qədər xərc tutur? İkincisi, Nuri Azəbaycana yarım saatlıq toya gəlmir. O yalnız Bakıda olanda yarım saatlıq toya gedə bilər. Nuri toya bütöv gedir. Ansambılında 14 nəfər var, onların hər birinə aylıq xərc ödəyir. Bütün bunları baxanda biləcəksiniz ki, Nurinin toy qiyməti Bakı müğənniləri ilə müqayisədə çox ucuzdu”.
Lamiyyə Ələkbərova deyir ki, Nuri bu gün dəvət aldığı bütün ölkələrin səhnəsində başqalarından fərqli olaraq öz ana dilində oxuyur:
"Xarici ölkələrdən-Türkiyə, ABŞ, Avropa ölkələrindən Azərbaycanda müğənnilər dəvət edirlər. İki saatlıq gələn yola 80-100 min pul ödəyirlər. Nuri də xaricdən gəlir, onun da iki saatlıq yolu var. Bir az özümüzünkünə də hörmət qoyaq, qədirin bilək. Onu da nəzərə alaq ki, Nuri bütün dünyaya Azərbaycan musiqisini təbliğ edir, Azərbaycan oğludur və Azərbaycan dilində oxuyur. Onlar kimi başqa dillərdə oxumur”.