Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Sulh.info.az report-a istinadən xəbər verir ki, Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb:- “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;
- “Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”;
- “Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”.