İstanbulun Beyoğlu raynonun Taksim küçəsindəki gecə klubunda şou zamanı 3 nəfər yaralanıb.
Sulh.info.az bu barədə "Haberler.com"a istinadən xəbər verir.
Məlumata görə, hadisə işçinin müştərilərə sürpriz etməsi zamanı baş verib.
Belə ki, işçilərdən biri dəzagaha spirt töküb və yanğın şiddətlənərək ətrafa sıçrayıb.
Nəticədə 2-si qadın olmaqla 3 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda sağlamlıq qrupu cəlb edilib. Yaralılar ilk müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.
Xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.
Hadisə ilə əlaqədar "Ehtiyatsızlıqdan xəsarət yetirmə" cinayəti ilə məhkəmə istintaqı aparılan 3 nəfər prokurorluğun qərarı ilə sərbəst buraxılıb.
Görüntüləri təqdim edirik: