​Azərbaycanlı müğənninin bu açıqlaması başına bəla oldu - VİDEO/FOTO

​Azərbaycanlı müğənninin bu açıqlaması başına bəla oldu
12:58 23.05.2023
180 Maqazin
A- A+

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirovun paylaşımı başına bəla olub. 

Sulh.info.az  bizim media-ya istinadən xəbər verir ki, sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandıran sənətçinin yüngün əxlaqlı qadınlar haqqında dedikləri qalmaqala səbəb olub. 

Belə ki, izləyicisinin "Sizə verilən ən gözəl məsləhət hansı olub?" sualına Nəvainin cavabı belə olub:

"Bir yüngül əxlaqlı qadınla elə yüngül əxlaqlı qadın kimi davranın və bir şahzadə ilə kraliça kimi davranın. Sənə hörmət edənin qulu ol. Təkəbbürlülərin padişahı ol. İnsanları həmişə öz yerinə qoymaq lazımdır. Sayanın qulu, saymayanın ağasıyam. Sözü at, yiyəsi götürər". 

Bu cavab müğənninin xanım izləyicilərinin etirazına səbəb olub. Onlardan biri "Yüngül əxlaqlı qızlarla tez-tez görüşürsən", - deyə Nəvaiyə mesaj göndərib. 

Bəkirov həmin mesajı yayımlayaraq "Heç yerdə yazmadım ki, onlara qarşı pis münasibət bəsləmək lazımdır. Ümumiyyətlə, heç bir qadınlara pis davranmaq olmaz, bu iki variantdan (yüngül əxlaqlı qadın və şahzadə - red.). Burada münasibət fəqliliyi mövcuddur", - deyə şərh edib. 

İfaçı sözügedən məsələnin "acı bağırsaq" kimi uzandığını görüb "Heç vaxt konfeti qablaşdırmasına görə mühakimə etməyin, açın, yeyin, içini sınayın və sonra konfetin dadlı olub olmadığını deyin. Konfetin içliyi candır, bu xüsusilə axmaqlar üçündür" sözlərini qeyd edib.