Bu gün Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.
Bunu “Hraparak” nəşri yazıb.
“Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər. Üstəlik, əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə olaraq, bu sənədin ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır”, - nəşr qeyd edib.