Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam edib. Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub.
Bununla da Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.
SÜLH.İNFO.az-ın məlumatına görə, parlamentdə boş qalan deputat yerlərinin sayı 6-ya çatıb.
E.Səlimov 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı idi.
Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.
Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi - (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə).
Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.