​"Hazırki sanksiyalar yetərli deyil" - Zelenski

​
10:20 09.04.2022
152 Dünya
A- A+

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borreli qəbul edib.

SÜLH.İNFO.az xəbər verir ki, Zelenski görüşdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edib.

“Ai nümayəndələri ilə Rusiyanı sülhə məcbur etmək üçün zəruri addımları müzakirə etdik. Görünür, hazırki sanksiyalar yetərli deyil. Rusiyaya neft və qaz embarqosu təıtbiq edilməlidir. Rusiyanın gəlirinin böyük hissəsi məhz enerji ixracından formalaşır” – deyə Zelenski xalqa müraciətində bildirib.

Zelenski görüşdə həmçinin Rusiyanın bütün banklarının beynəlxalq maliyyə sistemindən kənarlaşdırılmasını təklif edib.