Fransanın bəzi ərazilərində prezident seçkilərində səsvermə başlayıb.
SÜLH.İNFO.az məlumatına görə, seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasında səsvermə prosesi başlayacaq.
Qeyd edək ki, Fransanın həmin ərazilərində təxminən 2 milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə yaxındır.
Fransanın özündə isə bu gün sükut günü başlayıb.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək. Seçkilərdə hazırkı prezident Emmanuel Makron, Marin le Pen və Jan-Lük Melanşon daxil olmaqla 12 namizəd iştirak edir.
Birinci turda ən çox səs toplamış iki namizəd aprelin 24-də keçiriləcək ikinci turda mübarizə aparacaq.