Xalq artisti Fatma Mahmudova iki övladını itirdiyini açıqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, aktrisa bu haqda "Həmin Zaur" proqramına danışıb. Aparıcı Zaur Kamalın "Oğlun yoxdur" sualına belə cavab verib:
"Oğlum yoxdur, olub... Dərdimi təzələmə. Həyatdır, bu haqda danışmağı xoşlamıram. Keçmişə qayıtmaq istəmirəm. Qalan övladım iki qızım oldu, ona da şükür edirəm. Biri 1 yaşında, o biri 1,5 yaşında dünyasını dəyişdi. Yadıma düşəndə hönkürüb ağlayıram".