Türkiyəli müğənni Mahsun Kırmızıgül və Ece Binay boşanıblar.
SÜLH.İNFO.az xəbər verir ki, Kırmızıgülün xəyanət iddiaları ilə sarsılan evlilik Beykoz Birinci Ali Məhkəməsində 15 dəqiqəyə bitib.
Məhkəməsi bu nikahdan dünyaya gələn qız övladının qəyyumluğunu anaya verib.
“Evliliyimizi qorumağa çalışdıq, amma alınmadı. Səbəb və nəticədən çox danışmaq istəmirəm. Olanlar oldu”, - Kırmızıgül deyib.
Xəyanət iddialarına səssiz qalan Ece Binay isə “Boşanma ərizəsi verdim, bitdi” deyib.
Qeyd edək ki, Mahsun və Ece 2016-cı ildə ABŞ-da ailə həyatı qurmuşdu