​10 yaşlı uşağın barmağında qalan dəmir halqa belə çıxarıldı - VİDEO

​10 yaşlı uşağın barmağında qalan dəmir halqa belə çıxarıldı
11:40 12.06.2022
246 Hadisə
A- A+

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 10 yaşlı uşağın barmağında halqa qalıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2012-ci il təvəllüdlü vətəndaşın barmağında dəmir halqa qalaraq barmağın şişməsinə və xəsarət almasına səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsib çıxarıblar.