​Bütün yollar açılacaq - BU TARİXDƏN

​Bütün yollar açılacaq -
12:00 13.06.2022
419 Ölkə
A- A+

İyunun 14-ü, səhər saat 10:00-dan etibarən hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

Bakı Şəhər Halqasından SÜLH.İNFO.az-a verilən məlumata görə, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.