​Nazirə yeni müavin təyin olundu

​Nazirə yeni müavin
12:00 23.07.2022
299 Ölkə
A- A+

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.

İndex.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Səməd Bəşirli təyin olunub. O, bu yaxınlarda işdən çıxarılan Niyazi Səfərovu əvəzləyib.

S.Bəşirli 5 avqust 2020-ci ildən iqtisadiyyat nazirinin müşaviri vəzifəsini icra edir.

Qeyd edək ki, daha əvvəl İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-ci il iyunun 22-də Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.