​Samuxda ev yanıb

​Samuxda ev yanıb
16:45 23.07.2022
292 Hadisə
A- A+

Samuxda evdə yanğın olub.

SÜLH.İNFO.az  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.