​Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

​Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə
21:26 23.07.2022
258 Ölkə
A- A+

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barədə Sulh.info.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.