​Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

​Biləsuvarda avtomobil piyadanı vuraraq
09:00 24.07.2022
209 Hadisə
A- A+

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun rayonun İsmətli kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-21015" markalı minik avtomobili piyada, 1986-cı il təvəllüdlü Fərhadov Fərhad Ələddin oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.