​Ukraynada ABŞ vətəndaşları həlak olub

​Ukraynada ABŞ vətəndaşları
10:45 24.07.2022
220 Dünya
A- A+

Bu yaxınlarda Ukraynanın şərqində iki amerikalı ölüb. Onların ölümünü ABŞ Dövlət Departamenti də təsdiqləyib.

Bu barədə SÜLH.İNFO.az  CNN-ə istinadən xəbər verir.

Dövlət Departamentinin sözçüsü ABŞ vətəndaşlarının kimliyi və ölümlərinin başvermə şərtləri ilə bağlı hər hansı təfərrüatı açıqlamayıb, lakin onların nümayəndələrinin həlak olanların ailələri ilə əlaqə saxladığını və bütün mümkün konsulluq yardımını göstərdiyini bildirib.

Amerikalı diplomat onu da qeyd edib ki, bir qayda olaraq, ABŞ hökuməti itkin düşənlərin və ölənlərin axtarışı ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyi ilə əlaqə saxlayır.